“Gələn ildən həm əməkhaqları artacaq, pensiyalar, müavinətlər artacaq. Bu da əhalinin sosial rifahına müsbət təsir edəcək”.
"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev YAP-ın VIII Qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıda duran vəzifələri müəyyənləşdirib və Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirib. pizza hut
Xatırladaq ki, qurultayda dövlət başçısı bildirib: "Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın".
Telegram kanalımız