SON DƏQİQƏ! Bakı metrosunda nə baş verir?   - RƏSMİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Bakı metrosunda nə baş verir? - RƏSMİ MƏLUMAT

Sosial

20 Noyabr 2026 19:29 135


Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Metropolitenindən bildirlib.

Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib. Onlayn mağaza

Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.

"Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!