Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

Dünya

20 Noyabr 2026 21:29 73


Estoniya hakimiyyətinin Rusiya ilə sərhədi 6 ay müddətinə bağlamaq qərarı fonunda Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Yeni Sabah" Rusiya XİN-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Estoniya hakimiyyətinin Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini bağlamaq qərarı "qarşıdurma xarakterlidir". İnternet mağaza

Zaxarova qeyd edib ki, qərar iqtisadiyyatda və sosial sahədə, xüsusən də Estoniyanın özünün sərhədyanı regionlarında ən mənfi nəticələrə səbəb olacaq.

"Ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin qəbuledilməzliyi barədə Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq üçün Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb", - o bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!