Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul etdi   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul etdi - FOTOLAR

Sosial

20 Noyabr 2026 18:42 46


"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bu gün Gəncədə vətəndaşlarla görüş keçirib.

"Yeni Sabah" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qurumun Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində baş tutan tədbirdə Gəncə, Samux, Göygöl və Daşkəsəndən olan sakinlər iştirak ediblər.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Bakıda online alış-veriş

Qeyd edək ki, vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Azərişıq" regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir. Görülən işlər abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!