Əməkdar artist Elton Hüseynəliyev xanım həmkarları ilə yeni duet təqdim edəcək.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə “Qonaqcanlı” verilişində danışıb.
İfaçı bildirib ki, ən böyük arzusu Xalq artisti Flora Kərimova ilə duet oxumaqdır: ShopByBro
“Flora xanım və Brilliant Dadşova ilə duet oxumaq mənim arzularımdan biridir. Bu yaxınlarda gənc ifaçılarımız Səbinə Ərəbli və Zabitə Əliyeva ilə duetlərimiz olacaq. Aygün Kazımova, Natəvan Həbibi və Sevda Yəhyayeva ilə də əvəllər oxumuşuq. Həmin ifalar bu gün də səslənir”.
Aydan Hacı
Telegram kanalımız