“Koroğlu”da avtomobillərdən kim pul toplayır?

saytların hazırlanması

Evə çatdırılma

“Koroğlu”da avtomobillərdən kim pul toplayır?

Sosial

06 Avqust 2026 17:01 78


Paytaxtın Ziya Bünyadov prospektindən "Koroğlu" metrostansiyası istiqamətində yerləşən boş ərazidə qanunsuz parklanma təşkil edildiyi iddia olunur.

"Yeni Sabah" milli.az-a istinadla xəbər verir ki, ərazi hasarlanaraq avtomobillərin saxlanması üçün istifadə edilir.

Çəkiliş zamanı da sahənin zəncirlə bağlandığı və burada nəqliyyat vasitələrinin saxlanıldığı müşahidə olunub. pizza

Ərazidə çalışan şəxs bildirib ki, burada Elvin adlı şəxsin göstərişi ilə fəaliyyət göstərir və gündəlik müəyyən məbləği ona verir. Özünü ərazinin sahibi kimi təqdim edən şəxs isə avtomobillərdən ödəniş alınmadığını, yalnız nəzarət xidmətinin göstərildiyini iddia edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə açıqlamasında bildirib ki, həmin ərazi agentliyin rəsmi parklanma məntəqəsi deyil və burada parklanma fəaliyyətinin təşkili üçün heç bir icazə verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!