“Korrupsiya ilə mübarizə, yoxsa “donosçuluq” sistemi? – Ekspertdən SƏRT TƏNQİD

saytların hazırlanması

Evə çatdırılma

“Korrupsiya ilə mübarizə, yoxsa “donosçuluq” sistemi? – Ekspertdən SƏRT TƏNQİD

Sosial

07 Oktyabr 2026 14:03 74


“Son günlər mətbuatda və ictimaiyyət arasında müzakirə olunan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi ciddi ziddiyyətlər və məntiqsizliklərlə zəngindir. Sənəddə yer alan bir çox müddəaların praktikada işləməyəcəyi, əksinə, iş yerlərində intriqalara və korrupsiyanın miqyasının genişlənməsinə şərait yaradacağı bildirilir”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, hüquqşünaslar və ekspertlər qanun layihəsindəki konseptual boşluqlara diqqət çəkirlər:

“Belə ki, inkişaf etmiş və ədalətli məhkəmə sistemi olan ölkələrdə bu tipli “donosçuluq” mexanizmlərinə ehtiyac qalmır. Digər tərəfdən, ölkədə “ASAN xidmət”in fəaliyyəti ilə məişət korrupsiyası minimuma ensə də, qalan hallarda proses ikitərəfli xarakter daşıyır. Məsələn, 100 manatlıq rəsmi cərimə əvəzinə 20 manat qeyri-rəsmi ödəniş edən vətəndaşın bundan mənfəət götürdüyü halda aidiyyəti qurumlara məlumat verəcəyi inandırıcı görünmür”. Toyuqlu pizza

Ekspert qeyd edib ki, iri büdcə korrupsiyasına gəldikdə isə, sıravi vətəndaşın bu barədə dəqiq informasiyası və ya sübut toplamaq imkanı yoxdur:

“Bu halda yeni mexanizm sadəcə kollektivlərdə şəxsi qisasçılıq, intriqa və qruplaşmaların yaranmasına gətirib çıxaracaq. Layihədə məlumatın təşkilat rəhbərinə və ya yuxarı vəzifəli şəxsə təqdim edilməsinin nəzərdə tutulması da absurddur. Çünki qurum daxilində rəhbərliyin xəbəri olmadan hər hansı ciddi korrupsiya əməlinin baş verməsi praktiki olaraq mümkünsüzdür. Nəticədə, korrupsiya barədə xəbər verən əməkdaş birbaşa rəhbərliklə üz-üzə qalacaq və bütün mənfi fəsadlar məhz onun üzərində cəmləşəcək.

Korrupsiya sübutların toplanması baxımından mürəkkəb cinayət növüdür və sıravi işçi yalnız imza və ya sərəncam səlahiyyəti olduqda sübut əldə edə bilər. Şikayətlərin isə adətən tərəflər arasında “pay bölgüsü” pozulduqda edildiyini nəzərə alsaq, bu qanun layihəsi korrupsiyanın qarşısını almaqdan ziyadə, bu prosesdə maraqlı olan şəxslərin dairəsini daha da genişləndirəcək. Əsas hədəf isə belə müvəqqəti mexanizmlər deyil, müstəqil və operativ çalışan məhkəmə sisteminin qurulması olmalıdır”. 

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!