Küçədə ölən şairlə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Küçədə ölən şairlə bağlı AÇIQLAMA

Sosial

14 Avqust 2025 12:42 243


Xəbər verdiyimiz kimi, ötən gün şair Kəramət Şükürovun küçədə meyiti tapılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Yenisabah.az-a verilən məlumata görə, avqustun 13-ü saat 19:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib. Dominos pizza

Təcili tibbi yardım briqadası tərəfindən 1957-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallının Göyçöl kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!