Külək, yağış, dolu... - Sabahın HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Külək, yağış, dolu... - Sabahın HAVA PROQNOZU

Sosial

22 Mart 2025 12:45 4011


Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Yenisabah.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!