“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunan ölkələr 2 ildən çoxdur üzvlük haqqını ödəməməsinə görə təşkilatın nizamnaməsinin müvafiq maddəsinin Ermənistana qarşı tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəliblər”.
“Yeni Sabah” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ermənistanda seçki günü vəzifədaşım Ararat Mirzoyan KTMT haqqında soruşulduqda dedi: “Biz üzvlük haqqı ödəmirik, çünki sadəcə iştirak etmirik”. Bu, praktik olaraq bir sitatdır; tapa bilərsiniz. Bu gün bu vəziyyətdə nə edəcəyimizi müzakirə etdik”, - XİN başçısı deyib. pizza sifarişi
Onun sözlərinə görə, Ermənistan iki ildən çoxdur ki, KTMT büdcəsinə borcludur: “Bu, təşkilatın nizamnaməsində nəzərdə tutulan vəziyyətdir və biz bu gün KTMT nizamnaməsinin müvafiq maddəsinin tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəldik”.
Xatırladaq ki, KTMT 1992-ci ilin 15 may tarixində Özbəkistanın Daşkənd şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanması ilə yaradılıb. 18 sentyabr 2003-cü ildə isə beynəlxalq təşkilat kimi rəsmən fəaliyyətə başlayıb. Hazırda təşkilatın Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxil olmaqla, 6 rəsmi üzvü var.
Ermənistan 2024-cü ildən etibarən təşkilatdakı iştirakını de-fakto dondurduğunu və tədbirlərdə iştirak etmədiyini bəyan etsə də, hüquqi olaraq hələ də üzv statusundadır.
Telegram kanalımız