Ledi Qaqa təcavüzə uğramasından danışdı:   “Həftələrlə xəstə yatdım“

saytların hazırlanması

Evə çatdırılma

Ledi Qaqa təcavüzə uğramasından danışdı: “Həftələrlə xəstə yatdım“

Şou

21 May 2021 16:51 5625


Dünya ulduzu Ledi Qaqa “Apple TV+”a uzun illər əvvəl hamiləliyə səbəb olan bir təcavüzə məruz qaldığını və bundan sonra üzləşdiyi problemləri danışıb.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı müğənni ona 19 yaşında bir musiqi prodüseri tərəfindən təcavüz edildiyini, lakin onun adını heç vaxt açıqlamayacağını vurğulayıb:

“Mənim 19 yaşım var idi və ticarətlə məşğuldum. Bir prodüser mənə, "paltarını çıxart”,- dedi. “Xeyr”,-dedim, mənə bütün musiqilərimi yandıracağını bildirdi. Dayanmadan sual verirdi, mən sadəcə donmuşdum və artıq xatırlamıram… Bu #MeToo hərəkatını (“Me Too” hərəkatı insanların cinsi cinayətlərə dair iddiaları ictimailəşdirdikləri, cinsi istismara və cinsi təcavüzə qarşı bir ictimai hərəkatdır-red.) başa düşürəm, anlayıram ki, bəzi insanlar bununla özünü, həqiqətən, rahat hiss edirlər, amma mən bunu etməyəcəm”. Pepperoni pizza

Bu hadisədən sonra Oskar mükafatlı müğənni psixoloji problemlə üzləşib və aldığı travmanın nəticəsi olaraq paranoik vəziyyət yaşayıb. Ulduz travmanın onu bir insan olaraq dəyişdirdiyini və onu heç vaxt tərk etməyəcəyini diqqətə çatdırıb. Ledi Qaqa musiqi sənayesindəki ilk günlərində baş verən təcavüzdən danışarkən gözyaşlarına boğulub.

"Öz bədənimi hiss edə bilmirdim. Əvvəlcə tam ağrılar hiss etdim, sonra uyuşdum və sonra həftələrlə xəstə yatdım” - deyə bəstəkar qeyd edib. Köhnə həyatına geri dönmək onun 2,5 ilini alıb. “İllərlə davam edən səylərdən sonra o ağrıdan xilas olmağın bütün yollarını öyrəndim. Hər şey yavaş-yavaş dəyişməyə başladı”, - deyə o bildirib.

Xatırladaq ki, Qaqa ilk dəfə 2014-cü ildə təcavüzdən danışıb. O, bu məsələyə ABŞ-ın tələbə şəhərciyində təcavüz haqqında sənədli film olan “The Hunting Ground”un sauntreki  “Swine” və “Til It Happens To You” mahnılarında toxunub. Müğənni 2016-cı ildə Oskar mükafatına namizəd göstərilib və 2019-cu ildə Oskar alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!