Sosial şəbəkələrdə "Leobank" rəqəmsal bankının göstərdiyi xidmət və mobil tətbiqdəki yanlış məlumatlandırma ilə bağlı növbəti şikayət işıqlandırılıb.
“Yeni Sabah” xəbər verir ki, Orxan Şəfizadə adlı müştəri bankın tətbiqindəki xəta və müştəri xidmətlərinin laqeydliyi ucbatından maddi ziyana düşüb.
Şikayətçinin sözlərinə görə, "Leobank"ın tətbiqindəki "Hissə-hissə ödəniş" bölməsində istənilən ödənişi və ya kartdan karta köçürməni bölmənin mümkün olduğu qeyd edilib. Lakin bu şərtə inanaraq əməliyyat edən müştəri ciddi problemlə üzləşib: Dominos pizza
"İlk olaraq "m10" vasitəsilə 4000 manatlıq ödəniş etdim, 80 manat komissiya tutuldu, lakin əməliyyatı bölmək mümkün olmadı. Banka zəng etdikdə müxtəlif bəhanələr gətirərək yalnız kartdan karta əməliyyat zamanı hissələrə bölmənin mümkün olduğunu bildirdilər. Məbləği balansa qaytarıb tətbiqdə göstərildiyi kimi kartdan karta köçürmə etdim. Kredit balansı olduğu üçün daha 80 manat komissiya tutuldu, lakin "parçala" xidməti yenə də aktiv olmadı. Hüquqlarım pozulub və 160 manat maddi ziyan dəyib".
Müştəri "Leobank"ın tətbiqindəki yanlışlıq və operatorların qeyri-peşəkar davranışı ucbatından dəymiş 160 manatlıq zərərin dərhal kompensasiya olunmasını və pulun geri qaytarılmasını tələb edir.
Nazim Hacıyev
Telegram kanalımız