Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov xarici borcun ümumi dövlət borcundakı payının 32 faiz təşkil etməsinə baxmayaraq, hökumət tərəfindən onun ortamüddətli perspektivdə mərhələli şəkildə azaldılması və daxili borcla əvəzlənməsi strategiyasının qətiyyətlə davam etdiriləcəyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, komitə sədri son illərdə dövlət maliyyəsinin idarə olunması sistemində mühüm müsbət addımların atıldığını və büdcə siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıraraq, hazırda maliyyə intizamının gücləndirilməsi və fiskal dayanıqlılığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.
A.Əmiraslanov büdcə siyasətinin əsas hədəfinin maliyyə dayanıqlılığını qorumaqla yanaşı, dayanıqlı iqtisadi inkişafı təmin etmək olduğunu vurğulayaraq, makroiqtisadi sabitliyə yalnız fiskal, monetar və iqtisadi siyasətin uğurlu uzlaşdırılması ilə nail olmağın mümkün olduğunu bildirib. Onlayn mağaza
Xarici borcun azaldılaraq daxili borcla əvəzlənməsi strategiyasını tam əsaslı hesab edən komitə sədri xarici borcun büdcəyə yükünün təkcə onun nominal həcmi və ümumi daxili məhsuldakı payı ilə deyil, həm də valyuta tərkibi, ödəmə müddətləri və borca xidmət xərcləri kimi mühüm amillərlə müəyyən olunduğunu diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız