Azərbaycanda fəaliyyət göstərən üç məhdud məsuliyyətli cəmiyyət nizamnamə kapitalını azaltdığını rəsmi şəkildə elan edib.
“Yeni Sabah” xəbər verir ki, söhbət “GREEN HARVEST CO”, “FİRSTAZMED” və “SES” MMC-lərdən gedir. Açıqlanan rəsmi bildirişə görə, 1506672341 VÖEN-li “GREEN HARVEST CO” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 100 manata endirdiyini bəyan edib. Eyni zamanda, 1505747341 VÖEN-li “FİRSTAZMED” MMC də kapitalında azalmaya gedərək nizamnamə kapitalını 100 manatdan 50 manatadək aşağı salıb.
Bundan başqa, 1401178061 VÖEN-li “SES” Məhdud Məsuliyyətli Cəmiyyəti də nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edib. Şirkətin yaydığı elanda nizamnamə kapitalının 200 manata endirildiyi qeyd olunub. Kreditorlar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində öz tələblərini həmin şirkətlərə irəli sürə bilərlər. Online alış-veriş
Cəlalə Cəlalqızı
Telegram kanalımız