Gələn ilin başlanğıcından etibarən muzdla çalışan şəxslərin gəlirlərindən tutulan gəlir vergisi dərəcələrinə yenidən baxılıb.
"Yeni Sabah" xəbər verir ki, yenilənmiş mexanizmə əsasən, əməkhaqqından tutulacaq vergi məbləğləri gəlir səviyyəsindən asılı olaraq mərhələli qaydada müəyyən ediləcək:
2500 manatadək olan gəlir hissəsindən 5 faiz dərəcə ilə vergi tutulacaq; Onlayn mağaza
2500 manatdan 8000 manatadək olan hissə üçün vergi məbləği 125 manat və 2500 manatdan yuxarı məbləğin 10 faizi həcmində olacaq;
8000 manatdan artıq olan gəlir hissəsinə isə 675 manat və 8000 manatdan çox olan məbləğin 14 faizi dərəcəsi tətbiq ediləcək;
Yeni qaydaların tətbiqi ölkədə çalışanların vergi yükünün gəlir həcminə mütənasib şəkildə bölünməsinə xidmət edir
Nazim Hacıyev
Telegram kanalımız