Mafiya başçısının bacısı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Mafiya başçısının bacısı həbs olundu

Dünya

04 Mart 2023 13:03 772


İtaliya polisi Siciliya mafiya başçısı Matteo Messina Denaronun 30 il qaçaq olan və yanvar ayında nəzarətə alınan bacısını həbs edib.

Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, Rosaliya Messina Denaro mafiya vəsaitlərini saxlayıb və qardaşının göstərişlərini cinayətkar təşkilatın digər üzvlərinə ötürməklə məşğul olub.

Qeydlərin bəziləri onun bacısının evində axtarış zamanı tapılıb. pizza hut

Həbs edildikdən sonra 60 yaşlı Matteo Messina Denaro İtaliyanın mərkəzində yerləşən L `Aquila xüsusi mühafizə olunan həbsxanasına göndərilib. O, kimyaterapiyadan keçməyə başlayıb.

mafiya başçısı 1992-ci ildə antimafiya hakimləri Covanni Falkon və Paolo Borsellinonun qətlində qiyabi olaraq ömürlük həbsə məhkum edilmişdi.

Bundan əlavə, o, 1993-cü ildə 12 yaşlı Cüzeppe Di Matteonun oğurlanmasında və 1996-cı ildə onun qətlində əli var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!