Magistraturaya qəbul imtahanı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya qəbul imtahanı keçirildi

Sosial

14 İyun 2026 14:11 81


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib.

Qurumdan “Yeni Sabah”a verilən məlumata görə, imtahan Bakı, Sumqayıt və Abşeronda təşkil olunub. İmtahan saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

İyunun 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 4 həftə ərzində təqdim olunacaq. pizza mizza

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları və test tapşırıqlarının izahı ilə müvafiq hiperkeçidlərdə tanış ola bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!