“Marketə girəndə onların üzünə necə baxacağam?” – Tanınmış yazarın paylaşımı   gündəm oldu

saytların hazırlanması

Evə çatdırılma

“Marketə girəndə onların üzünə necə baxacağam?” – Tanınmış yazarın paylaşımı gündəm oldu

Sosial

23 Sentyabr 2026 08:48 131


Bakıdakı yaşayış binalarından birinin birinci mərtəbəsində böyük market şəbəkələrindən birinin yeni mağaza açmağa hazırlaşması tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunu düşündürüb.

“Yeni Sabah” xəbər verir ki, Şahbaz Xuduoğlu sosial şəbəkədəki paylaşımında böyük marketlərin insanların həyatını rahatlaşdırdığını, lakin bunun kiçik dükan sahibləri və onların ailələri üçün mənfi nəticələr yarada biləcəyini qeyd edib.

O bildirib ki, yaşadığı binanın birinci mərtəbəsində aparılan işlərin yeni marketin açılışı ilə bağlı olduğunu öyrənib. Xuduoğlu marketin binanın altında fəaliyyət göstərməsinin sakinlər üçün rahatlıq yaradacağını vurğulayıb: pizza

“Əlbəttə, yaxşıdır. Binanın altında market olacaq. Bəlkə heç evdən çıxmadan sifariş verəcəyik, gətirəcəklər. Ya da aşağı düşüb bazarlığımızı edib qalxacağıq. İnsan istər-istəməz rahatlığa gedir”.

Lakin yazıçı-yazarın diqqət çəkdiyi əsas məqam yaxınlıqdakı kiçik dükanların gələcək taleyi ilə bağlıdır. O qeyd edib ki, indiyədək evlərinin ətrafındakı qarajlarda fəaliyyət göstərən balaca dükanların hər birində iki-üç nəfər çalışıb və həmin şəxslər bu işdən ailələrini dolandırıblar.

“Böyük market açılandan sonra onların aqibəti necə olacaq?” – deyə o, sual edib.

O, məsələni marketlərdəki qiymətlərlə deyil, illərdir tanıdığı və alış-veriş etdiyi kiçik dükan sahiblərinin gələcək vəziyyəti ilə əlaqələndirib.

“İllərdir alış-veriş etdiyim o adamlardan keçib marketə girəndə onların üzünə necə baxacağam?” – deyə Şahbaz Xuduoğlu yazıb.

Ş.Xuduoğlu hesab edir ki, böyük şəbəkələrin genişlənməsi insanların gündəlik həyatını rahatlaşdırsa da, bunun kölgəsində kiçik dükanlar və həmin obyektlərdən dolanan ailələr tədricən sıradan çıxa bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!