16 Avqust - 06:05
Marsa səyahət insan üçün hansı itkilər deməkdir?

Marsa səyahət insan üçün hansı itkilər deməkdir?

Digər

02 İyul 2022 11:57 567


Marsa getmək və məskunlaşmaq arzusuna dair bir araşdırma səyahətin çox çətin olacağını ortaya qoyub.

Yenisabah.az "The Guardian"a istinadla xəbər verir ki, alimlər kosmosda astronavtların sümük və əzələ itkisinin düşündüyümüzdən çox olacağını açıqlayıblar. Astronavtların orqanizminin bərpası üçün onillikər lazım ola bilər.

NASA, ABŞ Kosmik və Aviasiya İdarəsi Marsda koloniya yaratmaq üçün qızğın şəkildə çalışır. Bunun üçün İlon Maska məxsus "SpaceX" şirkətinin hazırladığı "Starship" raketlərindən istifadə nəzərdə tutulub.

Ancaq Marsa getmək, hətta Marsda məskunlaşmaq belə asan deyil. Yerdən 401 milyon kilometr uzaqda olan qırmızı planet hər 26 aydan bir Yerə 62 milyon kilometr yaxınlaşa bilir. Bu yaxınlaşma vaxtları hesablandıqda, mövcud texnologiya ilə Marsa getmək 9 ay çəkir. Məsafə və marşrutdan çox vacib olan başqa bir problem var: əzələ və sümük itkisi!

Kosmosda olan astronavtlar bunu kompensasiya etmək üçün adətən, gündə iki saat məşq edirlər. NASA bildirir ki, heç bir tədbir görülməsə, əzələ ölçüsü və funksiyası 20-40 faiz azala bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!