MDB-nin qeyri-rəsmi sammiti öz işinə başladı

saytların hazırlanması

Evə çatdırılma

MDB-nin qeyri-rəsmi sammiti öz işinə başladı

Dünya

22 Dekabr 2025 13:45 339


Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi sammiti başlayıb.

"Yeni Sabah" interfax-a istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin qonaqları İmperator I Aleksandrın xatirəsinə və 1812-ci il Vətən Müharibəsinə həsr olunmuş Qış Sarayının Aleksandr zalında  salamlayıb.

Qeyri-rəsmi zirvənin tur hissəsi buradan başlayıb. Ermitajın baş direktoru Mixail Piotrovski ekskursiya bələdçisi kimi fəaliyyət göstərib. Pepperoni pizza

Turdan sonra MDB dövlət başçıları söhbətlərini qeyri-rəsmi səhər yeməyində davam etdirəcək və konsertdə iştirak edəcəklər.

Putinin bəzi qonaqlarla ayrıca söhbətləri də ola bilər. Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya lideri Sankt-Peterburqda dəvət olunmuş bütün MDB liderləri ilə mütləq ayrıca görüşəcək. Bazar ertəsi o, sammitdən sonra Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşün planlaşdırıldığını açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev qeyri-rəsmi sammitdə iştirak etmir. 

MDB dövlət başçılarının Sankt-Peterburq və onun ətrafında qeyri-rəsmi görüşü artıq ənənə halını alıb. Putin artıq bir neçə ildir ki, MDB ölkələrindən olan həmkarlarını Yeni il ərəfəsində şimal paytaxtına toplayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!