Medina “Qarabağ”dan getdi

saytların hazırlanması

Evə çatdırılma

Medina “Qarabağ”dan getdi

İdman

17 İyun 2026 00:15 218


"Qarabağ"da daha bir ayrılıq gerçəkləşib. Kevin Medina Ağdam klubu ilə vidalaşıb.

"Yeni Sabah" Sportal.az-a istinadla xəbər verir ki, futbolçu Asiya klublarından biri ilə anlaşıb.

“Qarabağ” müqaviləsi davam edən futbolçuya jest edib, onu təzminatsız buraxıb. Məsələ burasındadır ki, indiyə qədər çox yaxşı təklifləri olan Kevin “Qarabağ”da qalmağa üstünlük verib, böyük pulları geri çevirib. Lakin hazırkı təkliflə bağlı özü rəhbərliyə yaxınlaşıb, onu sərbəst buraxmalarını rica edib. Kolumbiyalı futbolçunun xidmətlərini nəzərə alan “Qarabağ” rəhbərliyi Medinaya əngəl olmayıb. pizza sifarişi

Qeyd edək ki, Medina yay transfer dönəmində “Qarabağ”ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!