Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı açıqlama

Sosial

16 Sentyabr 2026 10:22 84


Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı məktəb rəhbərliyi və şagirdlərin valideynləri məlumatlandırılıblar. Dominos pizza

"Şagirdlərlə polis əməkdaşları profilaktik söhbətlər aparıblar. Onlara bu kimi halların yolverilməz olduğu izah edilib və gələcəkdə təkrarlandığı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunub", - deyə L.İsrəfilli qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!