Məktəbə gedən uşaqları gözləyən təhlükə -   Bu əlamətlərə göz yummaq olmaz

saytların hazırlanması

Evə çatdırılma

Məktəbə gedən uşaqları gözləyən təhlükə - Bu əlamətlərə göz yummaq olmaz

Sosial

23 Sentyabr 2026 15:19 123


Bağça və məktəblərin açılması ilə uşaqlar arasında virus və digər infeksiyaların yayılma riski artır. Bu dövrdə gigiyena qaydalarına əməl etmək, sağlam qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik uşaqların xəstəliklərdən qorunmasında mühüm rol oynayır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə həkim-pediatr Mələk Qocayeva açıqlama verib.

Onun sözlərinə görə, bağça və məktəb mühitində yoluxma riskini azaltmağın ən effektiv yollarından biri uşaqlara düzgün gigiyena vərdişlərinin aşılanmasıdır. Pediatr valideynlərə uşaqların əllərini ən azı 20 saniyə ərzində sabunla yumasını öyrətməyi tövsiyə edib. Marqarita pizza

Mələk Qocayeva bildirib ki, uşaqlara asqırarkən və ya öskürərkən ağız və burunlarını əlləri ilə deyil, dirsək bükümü və ya birdəfəlik dəsmalla örtmək, su qabı, qaşıq və dəsmal kimi şəxsi əşyaları digər uşaqlarla paylaşmamaq da izah edilməlidir.

Pediatr uşaqların immun sisteminin normal fəaliyyəti üçün gündəlik rejimə də diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, uşaqların rasionunda mövsümi tərəvəz və meyvələr, ət, balıq, yumurta, qatıq, kefir və qoz-fındıq kimi qida məhsulları yer almalıdır. Şəkərli, qazlı və həddindən artıq işlənmiş qidalardan isə uzaq durmaq məsləhətdir.

M.Qocayeva keyfiyyətli yuxunun da uşaqların sağlamlığında mühüm rol oynadığını qeyd edib. Məktəb yaşlı uşaqların gündə 9-11 saat, bağça yaşlı uşaqların isə 10-13 saat yatması tövsiyə olunur.

Bundan başqa, uşaqların hər gün açıq havada vaxt keçirməsi və fiziki aktiv olması həm stressin azalmasına, həm də ümumi gümrahlığın qorunmasına kömək edir.

Pediatr valideynlərin yol verdiyi mühüm səhvlərdən birinə də diqqət çəkib. O bildirib ki, həkim məsləhəti və müvafiq müayinələr olmadan uşaqlara immuniteti gücləndirdiyi iddia edilən siroplar və müxtəlif vitamin kompleksləri vermək düzgün deyil və bəzi hallarda əks təsirlərə səbəb ola bilər.

Həkim payız mövsümündə uşaqların pediatr müayinəsindən keçirilməsini, peyvənd təqviminə əməl olunmasını, zəruri hallarda isə həkim tövsiyəsi ilə mövsümi qrip peyvəndinin nəzərdən keçirilməsini tövsiyə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!