“Mən İran prezidenti ilə evlənmək istəyirəm” -   İtaliyalı modeldən 2-ci təklif

saytların hazırlanması

Evə çatdırılma

“Mən İran prezidenti ilə evlənmək istəyirəm” - İtaliyalı modeldən 2-ci təklif

Dünya

23 İyul 2022 20:50 1546


İtalyan supermodel Silvia Valerio yenidən İranın eks-prezidenti Mahmud Əhmədinejada evlənmə təklif edib.

Yenisabah.az "Rokna"ya istinadla xəbər verir ki, ilk dəfə bu təklif 2011-cu ildə səslənmişdi.

Hazırda 31 yaşı olan Silvia “Biri vardı, biri yoxudu, bir prezident vardı” kitabının müəllifidir. O, kitabı İranın sabiq prezidenti Mahmud Əhmədinejada həsr edib və onu yeganə ləyaqətli şəxs hesab edib: "Əhmədinejad hər cür dəbdən, boşboğazlıqdan və eqoizmdən minlərlə kilometr uzaqdadır". Pepperoni pizza

Yeri gəlmişkən, “Mən İran İslam Respublikasının prezidenti Əhmədinejadla evlənmək istəyirəm”, - deyən modelin  81 səhifəlik kitabı İtaliyanın bütün mağazalarında 9 avroya satılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!