“Meqa Həyat Sığorta” ASC 2026-cı ilin yanvar-iyul aylarını sığorta haqlarının toplanmasında nəzərəçarpacaq artımla yekunlaşdırıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə şirkət tərəfindən 17 milyon 413 min manat həcmində sığorta haqqı toplanıb. 2025-ci ilin eyni dövründə bu göstərici 9 milyon 400 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, şirkətin sığorta yığımları illik müqayisədə 8 milyon 13 min manat və ya 85,2% artaraq dinamik yüksəliş nümayiş etdirib. pizza sifarişi
Telegram kanalımız