Mərakeş millisi rekordları alt-üst edir

saytların hazırlanması

Evə çatdırılma

Mərakeş millisi rekordları alt-üst edir

İdman

25 İyun 2026 14:33 105


DÇ-2026-nın 1/16 final mərhələsinə vəsiqə qazanan Mərakeş milli komandası eyni anda 3 müxtəlif rekorda imza atıb.

“Yeni Sabah” xəbər verir ki, “Atkantik şirləri” mundiallarda vurduğu 26 qolla Afrika komandaları arasında ən çox qol vuran kollektivdir.

Mərakeşlilər Haitini 4-2 hesabı ilə məğlub edərək, dünya çempionatları tarixində ən çox qələbə qazanan qitə təmsilçisi olub. Marqarita pizza

Məhəmməd Vəhbinin tələbələri qrup mərhələsində topladığı 7 xalla Afrika millilərinin xal rekordunu da təzələyib.

Mərakeş milli komandası mundialın C qrupunda Braziliya, Haiti və Şotlandiya seçmələri ilə mübarizə aparırdı. Onlar ilk görüşdə Braziliya ilə 2-2-lik heç-heçədən sonra Şotlandiya və Haiti üzərində inamlı qələbə qazanaraq, məğlub olmadan növbəti mərhələyə vəsiqəni təmin edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!