Meşədə meyit tapıldı, şübhəli saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Meşədə meyit tapıldı, şübhəli saxlanıldı

Kriminal

24 Sentyabr 2026 14:54 97


Qusar rayonundakı Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində meyit tapılıb.

"Yeni Sabah" xəbər verir ki, ölən şəxsin 1976-cı il təvəllüdlü Bakı sakini Səadət Həsənova olduğu müəyyən edilib.

Meyitin üzərində bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər aşakarlanıb. Dominos pizza

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakıda 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra o, cəsədi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

Hazırda K.Seyidov saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!