Məşhur meyxanaçı Mahir Cürətin səhhəti qəfildən pisləşib.
Ötən gün qəfildən halı pisləşən söz ustadı ölümdən dönüb.
Yenisabah.az xəbər verir ki, M.Cürət xəbəri manşet.az-a təsdiqləyib: “Vəziyyətim getdikcə daha da ağırlaşır. Hər iki ayağım tutulub, ayaqlarımı dizdən aşağı yara basıb, yeriyə bilmirəm. Ayaqlarım başımı xarab edib, yaman gündədir. Dünən də az qala ölmüşdüm”. Marqarita pizza
Qeyd edək ki, M.Cürət “De, gəlsin!” yarışının laureatlarındandır. O, meyxana aləmində əruzun əsas bilicilərindən hesab edilir. Mahir Cürət bir neçə xəstəlikdən, o cümlədən narkotik asılılığından əziyyət çəkir.
Telegram kanalımız