Məşhurların reklam etdiyi dərmanların zərəri -  Fotolar
15 Apr 2021 17:52
719

Məşhurların reklam etdiyi dərmanların zərəri - Fotolar

Son illər aptekləri, sosial şəbəkələri bir məhsul "bəzəməyə" başlayıb. Bu da iştahbağlayan, başqa adla desək, insanı zorla arıqlamağa məcbur edən dərmanlar, çaylar və digər vasitələrdir. Bu dərman qablaşdırmalarının əksəriyyətinin üzərində Azərbaycan dilində yazı yoxdur, yalnız tibb elmini bilən bir mütəxəssisin anlaya biləcəyi bir neçə maddənin latınca adı verilir. Bu tip dərmanların satışı Azərbaycanda da həyata keçirilir və bir sıra məşhurlar tərəfindən həm istifadə edilir, həm də sosial şəbəkələrdə reklam olunur. Elm adamları isə insanları ümumiyyətlə, bu tip vasitələrdən uzaq durmağa çağırır, onların tərkibində müxtəlif zərərli maddələrin ola biləcəyini vurğulayırlar.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla reklam olunan bu cür dərmanları almamağı tövsiyə edib:

“Mən ümumiyyətlə, vətəndaşlara reklam olunan bu tipli dərmanları alıb qəbul etməyi məsəhət görmürəm. Azərbaycanın dövlət formakapiyası yoxdur. Dövlət formakapiyası olmalıdır ki, Azərbaycan ərazisində qeydiyyata salınan, təhlükəsizliyinə əmin olunan dərmanlar istifadə oluna bilsin. Həmin saxta dərmanlar üçün ölkədə formakapiya olmalıdır. Yəni ölkəyə daxil olan dərmanların hər birinin istehsal yeri, Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatının olub-olmaması dəqiqləşdirilməlidir. Bütün ölkələrdə bu belədir. Yəni siz heç bir dərmanı aparıb hansısa ölkədə istifadə edə bilməzsiniz. Bu cür dərmanların Azərbaycan bazarına yol açması qanunda olan boşluqlarla bağlıdır. İnsanlar bu cür avantüralara getməməlidir”.

Əsmətxanım 

Məşhurların reklam etdiyi dərmanların zərəri -  Fotolar
Məşhurların reklam etdiyi dərmanların zərəri -  Fotolar
Məşhurların reklam etdiyi dərmanların zərəri -  Fotolar
Məşhurların reklam etdiyi dərmanların zərəri -  Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər