Metroda iş saatı uzadılır

saytların hazırlanması

Evə çatdırılma

Metroda iş saatı uzadılır

Sosial

24 Sentyabr 2026 10:31 132


Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropolitenində iş qrafiki dəyişdiriləcək.

"Yeni Sabah" xəbər verir ki, sentyabrın 24-dən 26-dək 3 stansiya - “İçərişəhər”, “Sahil” və “28 May” gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Marqarita pizza

Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, habelə Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!