Metronun “Xocasən” stansiyası açılır

saytların hazırlanması

Evə çatdırılma

Metronun “Xocasən” stansiyası açılır

Sosial

23 Dekabr 2022 09:30 1307


Bakı metropoliteninin “Xocasən” stansiyası və “Xocasən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün stansiya və deponun açılışı planlaşdırılır.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Açılışdan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək. Sezar pizza

Qeyd edək ki, 2014-cü ildən tikintisi üçün hazırlıqlara başlanılan "Xocasən", metropolitenin sayca 27-ci, Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır.

Stansiya Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşir və Bənövşəyi xətt üçün depo rolunu oynayır. "Bakmil" stansiyasından sonra Bakı metropoliteninin sayca 2-ci yerüstü stansiyası olan "Xocasən"i "Avtovağzal" stansiyası ilə birləşdirən sol tunel 1182 metr uzunluğunda, sağ tunel isə 1112 metr uzunluğundadır. Platformanın uzunluğu 144 metrdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!