Mikayıl Cabbarov bu güləşçiləri təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov bu güləşçiləri təbrik etdi

Siyasət

23 Oktyabr 2025 01:16 200


"Yunan-Roma güləşçilərimiz ilk dəfə U-23 dünya çempionatında qızıl medal qazanmaqla yeni rekorda nail olublar".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında yazıb.

"Medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirən komandamızın məşqçi heyətini, medal qazanan güləşçilərimizi və onların ailə üzvlərini təbrik edir, gələcək yarışlarda parlaq qələbələrinin davamını gətirmələrini arzulayırıq", - deyə M.Cabbarov bildirib.

Qeyd edək ki, bu gün Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri - Elmir Əliyev (55 kq) və Ruslan Nurullayev (72 kq) müvafiq olaraq qızıl və bürünc medal qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!