Mikayıl Cabbarov “TikTok”la əməkdaşlığı müzakirə etdi 

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov “TikTok”la əməkdaşlığı müzakirə etdi 

Sosial

17 Yanvar 2024 17:54 445


Azərbaycan "TikTok" şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib. 

Yenisabah.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb: 

"Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!