Misir millisinin baş məşqçisi polislə dava etdi

saytların hazırlanması

Evə çatdırılma

Misir millisinin baş məşqçisi polislə dava etdi

İdman

03 İyul 2026 14:03 74


DÇ-2026-nın 1/16 finalında Avstraliya ilə oyun üçün Dallasa gələn Misir millisinin düşərgəsində insident olub.

"Yeni Sabah" Diario AS-a istinadla xəbər verir ki, futbolçular otel foyesindən keçərkən bir neçə azarkeş komandaya yaxınlaşmağa çalışıb. Misir millisinin baş məşqçisi Hossam Hassan polislərin bir uşağın futbolçularla şəkil çəkdirməsinə icazə verməməsindən narazı qalıb.

Məşqçi ilə polislər arasında əvvəlcə sözlü mübahisə yaranıb, daha sonra isə təhlükəsizlik xidməti əməkdaşları, məşqçilər korpusunun nümayəndələri və bəzi futbolçular bir-birlərini itələyiblər.  pizza mizza

Nəticədə Hossam Hassan hadisə yerindən uzaqlaşdırılıb, çox sayda azarkeş isə milli komandanın futbolçuları ilə görüşə bilməyib.

Avstraliya – Misir oyunu bu gün, iyulun 3-də keçiriləcək və qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!