30 Sentyabr - 00:37
Mişustin Paşinyana zəng etdi

Mişustin Paşinyana zəng etdi

Siyasət

18 Avqust 2022 01:45 535


Rusiya hökumətinin başçısı Mixail Mişustin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenisabah.az Rusiya mediasına istinadən xəbər verir ki, baş nazirlər ticari-iqtisadi sahədə Rusiya-Ermənistan əməkdaşlığının əsas məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Həmçinin, onlar Avrasiya İqtisadi İttifaqında əməkdaşlığın genişləndirilməsinin prioritet məsələlərini və avqustun 25-26-da Çolpon-Atada (Qırğızıstan Respublikası) keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının sessiyasına hazırlıq məsələlərini də nəzərdən keçiriblər.

Qeyd edək ki, daha əvvəl Mişustinin Azərbaycanın Baş naziri Əli Əsədovla telefon danışığı baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!