Joze Mourinyo hakimlər, işlədiyi klublarda qarşılaşdığı qalmaqallar və "Mançester Siti"nin məhkəmə işi barədə danışıb.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli baş məşqçi karyerasındakı çətinlikləri bəxtsizliklə əlaqələndirərək "Real Madrid" dövrünü xatırladıb:
“Ədalətli olmaq lazımdırsa, problemin mən olduğuma inanmıram. Düşünürəm ki, problem bəxtsizlikdir və müəyyən klublara müəyyən vaxtlarda gəlməkdir. "Real Madrid"ə ilk gəldiyim dövrdə “Neqreira işi” mövzusunun ən parlaq illəri idi. O vaxt heç kim bu barədə heç nə bilmirdi, amma biz bunu hiss edir və yaşayırdıq. Mən ayrıldıqdan sonra hamı bundan xəbər tutdu. Sonra Türkiyə. Böyük bir qalmaqal. Mən "Fənərbaxça"dan ayrıldıqdan sonra hamı bundan xəbərdar idi”. Sezar pizza
Mourinyo "Mançester Siti"nin maliyyə qaydalarını pozması iddiası ilə bağlı uzanan məhkəmə prosesinə mütəxəssis kimi yumorla yanaşdığını gizlətməyib:
“Bu məsələ ilə bir qədər zarafat etməyə üstünlük verirəm. 60 yaşlarımda olmağıma baxmayaraq, yekun qərar veriləndə hələ də burada olmağım üçün çox şanslı olmalıyam. İndi qərar veriləcək, sonra apellyasiya olacaq. Mən 80 yaşımda olacağam (gülür). Sağlamlığım imkan verdiyi müddətdə baş məşqçiliyə davam edəcəyəm. Heç vaxt dayandırmayacağam”.
Nazim Hacıyev
Telegram kanalımız