Mourinyo futbolçusunu müdafiə etdi

saytların hazırlanması

Evə çatdırılma

Mourinyo futbolçusunu müdafiə etdi

İdman

11 Sentyabr 2026 16:48 92


"Real Madrid"in baş məşqçisi Joze Mourinyo son mətbuat konfransında komandanın hücumçusu Vinisius Juniorun ünvanına səslənən tənqidlərə və azarkeşlərin onu fitə basmasına münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı ulduzun komanda üçün vacib rolunu vurğulayaraq onun müdafiəsinə qalxıb:

"Portuqaliyada belə bir deyim var: 'Meyvə verən ağaca daş atarlar'. Vini son illərdə burada nələr edib? Neçə Çempionlar Liqası titulu qazanıb, neçə qol vurub? O, meyvə ilə dolu bir ağacdır. İnsanlar da həmin meyvələri istədikləri üçün ona daş atırlar", — deyə Mourinyo qeyd edib. pizza hut

Baş məşqçi Vinisiusun tezliklə əvvəlki formasını bərpa edəcəyini bildirib: "Vinisiusun ən yaxşı versiyası hələ qarşıdadır. Keçən il 'Bernabeu'nun 'Benfika' ilə oyunda gərgin olduğu və cavab matçının taleyini həll etdiyi vaxtdakı Vinisius yenidən qayıdacaq".

Azarkeşlərin braziliyalı futbolçunu fitə basması məsələsinə də toxunan təcrübəli mütəxəssis bu vəziyyətdən təssüfləndiyini gizlətməyib: "Belə bir futbolçunun fitə basıldığını eşidəndə nə hiss edirəm? Hətta bu barədə fikir bildirmək belə istəmirəm, bu barədə mövqeyim yoxdur. Bu vəziyyət beni kədərləndirir, çünki öz futbolçularıma qarşı çox tələbkaram".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!