İstanbul boğazında idarəetmədən çıxdığı bildirilən konteyner gəmisi sahildəki villalara yaxınlaşaraq təhlükəli anlar yaşadıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Yeniköy sahilləri yaxınlığında qeydə alınıb.
Marşrutundan çıxdığı deyilən gəmi sahilə doğru hərəkət edərək ərazidə narahatlıq yaradıb.
Məlumata görə, konteyner gəmisi sahildə yerləşən villalardan birinə çırpılmaq təhlükəsi ilə üzləşib. Lakin son anda müdaxilə nəticəsində gəminin qarşısı alınıb və mümkün toqquşma baş verməyib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və qısa müddətdə müzakirələrə səbəb olub.
İddialara görə, təhlükə yaranan ərazidəki villalardan biri tanınmış aparıcı Müge Anlıya məxsusdur. Rəsmi təsdiq olmasa da, bu detal sosial mediada geniş gündəm yaradıb.
Telegram kanalımız