Müğənni: Gördüm ki, nə bacımda, nə də qardaşımda bu məsuliyyət var

saytların hazırlanması

Evə çatdırılma

Müğənni: Gördüm ki, nə bacımda, nə də qardaşımda bu məsuliyyət var

Şou

10 Noyabr 2024 15:17 5297


"Atam çox imkanlı bir adam olub. "Nəyi necə etmək" kimi düşüncə bizim ailədə olmayıb. Çox ciddi və əzazil biri idi. Ailədə 6 uşağıq. O, hamımıza yoxun nə olduğunu başa salıb. Həmişə var-dövlətin içində yaşaya-yaşaya yoxluğun nə olduğunu bilmişik. Qonşuda, qohumda bu şeyləri sezmişik".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Günü bu gün" verilişində deyib.

O bildirib: "1986-cı ildə atam işdən çıxarıldı və mən bir-iki dəfə mağazaya getməli oldum. Həmin vaxt 16 yaşım vardı, o zaman atamın qədrini bilməyə başladım. pizza hut

Biz bilməmişik ki, çörəyi, əti, yağı necə alırlar. Bundan əlavə, geyim, hər cür şərait, həyətdə 2 maşın...

Sovet hökuməti dağıldıqdan sonra özümüz həyata atıldıq. Məndən böyük qardaşlarım olsa da, nədənsə, bütün yükü çiynimdə hiss etdim. Gördüm ki, nə bacımda, nə də qardaşımda bu məsuliyyət var. Bu mənim üzərimə düşmüşdü. Gözüm dolur, danışa bilmirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!