Müğənni mühafizəçiyə əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

Müğənni mühafizəçiyə əsəbiləşdi

Şou

14 Avqust 2026 00:20 32


Türkiyəli müğənni Yıldız Tilbe Çeşmədə verdiyi konsertdən sonra yaşanan gərginliklə gündəmə gəlib.

''Yeni Sabah'' xəbər verir ki, tədbir məkanını tərk edən sənətçi ilə təhlükəsizlik əməkdaşı arasında qısa mübahisə baş verib.

İddiaya görə, mühafizəçinin yüksək səslə danışması Yıldız Tilbeni əsəbiləşdirib. Müğənni həmin şəxsdən uzaqlaşmasını istəyərək sərt ifadələr işlədib. pizza mizza

“Gəlib qulağımın dibində qışqırır. Sənə bir şillə vuraram, gedərsən. Çəkil!”, – deyə Tilbe bildirib.

Gərginlik uzun çəkməyib və sənətçi daha sonra ərazidən uzaqlaşıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Yıldız Tilbenin təhlükəsizlik əməkdaşına ünvanladığı sözlər müzakirələrə səbəb olub./Bakıvaxtı.az/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!