“Müharibə sona qədər davam etməlidir”  - Afaq Bəşirqızı
20 Okt 2020 17:58
457

“Müharibə sona qədər davam etməlidir” - Afaq Bəşirqızı

“Ruh düşkünlüyü olmamalıdır. Çünki torpaqlarımızı işğaldan azad edirik. O ki qaldı itkilərimizə, şəhidlərimizə... Heç kim istəməz ki, müharibə olsun, dinc əhaliyə qarşı vandalizm, özbaşınalıq törədilsin”.

Yenisabah.az xəbər verir ki. bu sözləri xalq artisti Afaq Bəşirqızı sherq.az-a açıqlamasında bildirib.

O qeyd edib ki. hazırki dövrdə ruhdan düşmək olmaz:

“Nə xoş ki, otuz ildir işğalda olan rayon, qəsəbə və kəndlərimiz, əhəmiyyətli mövqedə yerləşən yüksəklilərimiz qarış-qarış azad olunub. Əlbəttə, bütün bunlar savaşmadan, döyüşmədən, qurban vermədən ərsəyə gəlmir. Haqq savaşımızda şərəflə vuruşub şəhadət şərbəti içən igidlərimiz də var. Şübhəsiz ki, onların acısı, hüznü ürəyimizə “od salır”. Torpaqlarımızın azad olunmasına nə qədər seviniriksə şəhidlərimizi son mənzilə yola salarkən də o qədər üzülürük, kədərlənirik. Lakin məqsədimiz və hədəfimiz böyükdür.

Ruh düşkünlüyü olmamalıdır. Çünki torpaqlarımızı işğaldan azad edirik. O ki qaldı itkilərimizə, şəhidlərimizə... Heç kim istəməz ki, müharibə olsun, dinc əhaliyə qarşı vandalizm, özbaşınalıq törədilsin.

Amma vətənimiz, torpaqlarımız  dardadır. Onu qurtarmaq üçün müharibəyə qalxmışıq. Özümüzü pis hiss edəndə, əhvalımız pozulanda müharibəni dayandırmaq üçün vuruşmuruq ki?!

Elə şey yoxdur. Hələ torpaqlarımızın bir qismi əsarətdədir. Madam ki, bir məqsəd üçün  birləşmişik, ayağa qalxmışıq, sona qədər də vəzifəmizi yerinə yetirməliyik. Sonra  rahat nəfəs alarıq. Əlbəttə ki, bir gözümüz ağlayır, biri də gülür. Əlbəttə, mənəvi cəhətdən həvəsdən, ruhdan  düşsək əqidəmizi, insanlığımızı, türkçülüyümüzü ən əsası qeyrətimizi pozmuş olarıq. Müharibə sona qədər davam etməlidir və bizim qələbəmizlə başa çatmalıdır”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər