Sumqayıtda fəaliyyət göstərən internet provayderlərindən KATV (SNTV) xidmətinin keyfiyyəti və müştəri dəstəyi ilə bağlı narazılıqlar səngimək bilmir.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə şəhər sakinlərindən biri günlərdir internetə çıxışın kəsildiyini və çağrı mərkəzi ilə əlaqə saxlayarkən uzunmüddətli gözlətmələrlə qarşılaşdığını bildirib.
Abunəçinin sözlərinə görə, texniki dəstək xidməti tərəfindən problemin 24 saat ərzində həll olunacağı vədəsi verilsə də, verilən vaxt ərzində heç bir əməli tədbir görülməyib. Xidmətin operativ olmamasından, lüzumsuz maliyyə və vaxt itkisindən şikayətlənən sakin artıq adıçəkilən provayderlə müqaviləyə xitam vermək niyyətində olduğunu qeyd edib. Marqarita pizza
O, Sumqayıt ərazisində keyfiyyətli və fasiləsiz internet xidməti təklif edən alternative provayder tapmaq üçün digər şəhər sakinlərinə müraciət ünvanlayıb
Nazim Hacıyev
Telegram kanalımız