Muxtar Babayev Söyüdlüdə iclas keçirir 

Muxtar Babayev Söyüdlüdə iclas keçirir 

Sosial Veb saytların hazırlanması

28 Sentyabr 2023 12:29 209


Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü keçirilir. 

Yenisabah.az xəbər verir ki, görüş çərçivəsində "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri təqdim olunur. 

Qeyd edək ki, Komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Komissiyanın tərkibinə Dövlət Su Ehtiyatları Agentliyinin sədri, səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!