“mygov” 2 yaşında 4 milyon istifadəçiyə çatıb

saytların hazırlanması

Evə çatdırılma

“mygov” 2 yaşında 4 milyon istifadəçiyə çatıb

İqtisadiyyat

14 Sentyabr 2026 11:06 64


“mygov” platformasının fəaliyyətə başlamasından iki il ötüb. Bu müddətdə platformanın istifadəçi sayı 4 milyona çatıb.

“Yeni Sabah” xəbər verir ki,  hazırda “mygov” vasitəsilə vətəndaşlara 430 dövlət xidməti və 102 məlumat vahid rəqəmsal mühitdə təqdim olunur. Qeydiyyatdan keçmiş istifadəçilərin 57 faizi platformadan aylıq aktiv istifadə edir. İstifadəçi məmnuniyyəti isə 97,7 faiz təşkil edir.

İki il ərzində platformada 90-dan çox dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. “mygov”da şəxsiyyət vəsiqəsi, ailə tərkibi, sosial müdafiə və məşğulluq, təhsil, hərbi xidmət, nəqliyyat və sağlamlıqla bağlı məlumat və sənədlərə çıxış imkanı yaradılıb. Pepperoni pizza

Platforma üzərindən əmək müqavilələrinin imzalanması, iş yerindən və məhkumluq haqqında arayışların əldə edilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, etibarnamələrin verilməsi, təhsil müəssisələrinə elektron qeydiyyat, kommunal ödənişlər və digər xidmətlər təqdim olunur.

Ümumilikdə, “mygov” üzərindən rəqəmsal məlumat və sənədlərdən istifadə sayı 8,1 milyona çatıb. Ən çox istifadə olunan məlumatlar arasında şəxsiyyət vəsiqəsi məlumatları 4,11 milyon, iş yeri məlumatları 780 min, sürücülük vəsiqəsi məlumatları 283 min, ailə tərkibi 277 min, nikah haqqında şəhadətnamə məlumatları isə 228 min istifadə ilə önə çıxıb.

Cari ilin avqust ayında “mygov” vasitəsilə rəqəmsal xidmətlərə 2,21 milyon müraciət qeydə alınıb. Ən çox istifadə olunan xidmətlər əmək müqaviləsinin imzalanması, iş yerinə dair arayışın və məhkumluq haqqında arayışın əldə edilməsi, mobil cihazların qeydiyyatı və məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu olub.

Növbəti mərhələdə dövlət xidmətlərinin vahid rəqəmsal mühitdə birləşdirilməsi, xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Platformaya süni intellekt imkanlarının daha geniş inteqrasiyasına, fərdiləşdirilmiş və proaktiv xidmətlərin təqdim edilməsinə də prioritet veriləcək.Formanın Yuxarısı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!