Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Nar”ın bu reklamı tənqid hədəfi oldu - Video
20 Okt 2021 17:52
2341

“Nar”ın bu reklamı tənqid hədəfi oldu - Video

Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkətinin («Nar Mobile» ticarət nişanı) yeni reklamı sərt tənqid edilib.

Yenisabah.az xəbər verir ki, “Nar Mobile”-ın “Unikal” tarifi ilə bağlı çəkdiyi reklam çarxında tənqid edənləri narahat edən məqam yaşlı kişinin rəqsi olub. 

Sosial şəbəkə istifadəçiləri videoçarxın mentalitetə uyğun olmadığını bildirib və Azərbaycan ağsaqqallarının bu cür təqdim edilməsindən narazı qalıblar.

Şirkətin rəsmi “Facebook” hesabına yüzlərlə şərh yazılıb. İzləyicilər şirkəti tənqid edərək “Sizcə, bu reklam səviyyəsiz və düşük deyilmi? Bizim ağsaqqallara xas rəqs və davranış deyil axı”, “Görəsən, bu reklam çarxını kim düşünüb? Heç olmasa milli paltarda rəqs edərdi...”, “Bu yekəlikdə kişinin tək başına elədiyi hərəkətlərə - düşük rəqsinə bax”, “O yaşlı kişinin yerinə mən xəcalət çəkdim”, “Mentalitetə uyğun reklam deyil. Azərbaycan kişisinin öz sambalı var. Bu bambılını reklama calaq etməklə olduqca səviyyəsiz rolik yaratmısınız” – kimi çoxsaylı rəylər yazıblar.

Sözügedən reklam çarxını təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər