4 İyul - 04:23
NATO sammitində strategiya qəbul olunacaq

NATO sammitində strategiya qəbul olunacaq

Dünya

23 İyun 2022 16:09 318


“NATO liderləri alyansın Madriddə keçiriləcək sammitində Avropada yeni qüvvələrin yerləşdirilməsini elan və NATO strategiyasını qəbul edəcəklər”.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, liderlər NATO-nun müdafiəsini gücləndirmək və saxlamaq üçün Avropada qüvvələr yerləşdirməklə bağlı yeni öhdəliklər elan edəcəklər

"Rusiya alyans üçün daha ciddi və dərhal təhlükə olaraq qalır və bu müddəa NATO-nun strategiyasında öz əksini tapacaq”, - deyə administrasiya nümayəndəsi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!