Naxçıvanda yeni təyinatlar

Naxçıvanda yeni təyinatlar
İyul 18, 2019
Oxunma sayı: 192

Bu gün Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, iclasın gündəliyində duran məsələlər isə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədr müavinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının böyük məşqçisinin, "Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisinin, Futbol Federasiyasının lisenziyalaşdırma departamenti, marketinq və reklamlar departamenti, beynəlxalq əlaqələr departementinin, inzibati təsərrüfat departamentinin direktorlarının, informasiya və ictimaiyyətlə əlaqələr departementinin direktorunun seçilməsi və Futbol Federasiyasının İcraiyyə Komitəsinin tərkibinin müəyyən edilməsi olub.

Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov yeni təyinatların adlarını açıqlayıb. 

Sakit Rzayev federasiyanın sədr müavini, Əsgər Abdullayev Futbol Federasiyasında böyük məşqçi, eyni zamanda "Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisi, Ceyhun Məmmədov Futbol Federasiyasının lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr departementlərinin direktoru, İbrahim Rzayev federasiyanın inzibati təsərrüfat departamentinin direktoru, Emil Səmədov isə informasiya və ictimaiyyətlə əlaqələr departementinin direktoru vəzifəsinə təyin olunublar.

Çıxışlardan sonra Ə.Abdullayevlə 1+1 illik müqavilə imzalanıb. Baş məşqçi göstərilən etimada görə bir daha minnətdarlığını bildirib. 

Qeyd edək ki, Ə.Abdullayev 2013-2014 mövsümündə də "Araz-Naxçıvan”ın baş məşqçisi olub.

Yenisabah.az
Naxçıvanda yeni təyinatlar