Nazarbayev koronavirusa qalib gəldi
02 İyl 2020 14:39
289

Nazarbayev koronavirusa qalib gəldi

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sabiq Nazarbayevin mətbuat katibi öz "Twitter" səhifəsində yazıb.

Məlumata görə, sabiq dövlət başçısının koronavirus testi bu dəfə neqativ çıxıb. Amma həkimlər ona özünütəcrid rejimini davam etdirməyi tövsiyə ediblər.

Qeyd edək ki, N.Nazarbayev iyunun 18-də koronavirusa yoluxmuşdu. Onun xəstəliyinin simptomsuz keçdiyi məlumat verilmişdi. Bu müddət ərzində o, həkimlərin nəzarətində olub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər