Nazir yeni aparat rəhbəri təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir yeni aparat rəhbəri təyin etdi

İdman

23 Aprel 2026 13:32 631


Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Bundan əlavə, indiyədə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Fərid Məmmədzadə 1990-cı ildə anadan olub. O, 2021-2022-ci illərdə gənclər və idman nazirinin köməkçisi, 2022-2025-ci illərdə nazirin müşaviri vəzifələrində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!