İtaliyada xarici işlər naziri Antonio Tayaninin qadınlarla bağlı açıqlaması ölkədə siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
“Yeni Sabah” BBC-yə istinadən xəbər verir ki, Tayani çıxışlarından birində qadınların geyimi ilə onların xarakteri arasında əlaqə yaradıb. O, daha çox diqqət çəkən qadınların etibarsız və xəyanətə meyilli ola biləcəyini deyib.
Nazirin sözləri müxalifətin sərt reaksiyasına səbəb olub. Siyasətçilər onun fikirlərinə cavab olaraq sosial şəbəkələrdə mini ətəklərdə çəkilmiş fotolar paylaşmağa başlayıblar.Etiraz aksiyası isə İtaliya Senatına qədər gedib. Müxalifətdən olan 11 qadın senator mini ətəklərdə Senata gələrək Tayaninin fikirlərinə etiraz edib. Keçmiş Turin meri Kiara Appendino da mini ətəkdə fotosunu paylaşaraq nazirə müraciət edib. O, qadınların geyiminə görə xarakterinin müəyyənləşdirilməsinin yolverilməz olduğunu bildirib. Sezar pizza
Qadınlara qarşı zorakılıqla mübarizə aparan “Telefono Rosa” təşkilatı da açıqlamanı tənqid edib.Yaranan qalmaqaldan sonra Tayani geri addım atıb. Nazir sözlərinin kimisə incitdiyi üçün üzr istəyib və qadınları təhqir etmək niyyətinin olmadığını bildirib.
Telegram kanalımız